“Leyla Əliyevanın sayəsində dünya Xocalı Soyqırımını tanıyır”

Müstəqil.Az xəbər verir ki, bu barədə QALİB-in sədri, ekspert Azər VerdiyevXocalı Soyqırımının 26-cı il dönümünün yaxınlaşması ilə bağlı həyata keçirilən tədbirlərə münasibət bildirərkən deyib:

“Artıq 26 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi nəticəsində Xocalıda törədilən qətliam haqqında danışırıq. Bu çox dəhşətli olaydır. Bugün dünyada bir çox xalqlar soyqırıma məruz qalıblar. Təəssüflər olsun ki, onların əksəriyyəti beynəlxalq aləm tərəfindən tanınsa da Xocalı Soyqırımı hələ də hüquqi qiymətini almayıb. Lakin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya Ədalət” kampaniyası nəticəsində dünya erməni vandalizminin şahidi olur, bilgilənir. Hesab edirəm biz cəmiyyət olaraq bu kampaniyanın ətrafında sıx birləşməli, zəruri addımları atmalıyıq.”

Müstəqil.Az

Share: