Leyla Əliyevadan MÜRACİƏT: “Bu sevgini sənə hədiyyə etmək istəyirəm” – VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyavanın şeirlər toplusu ilə rəsmləri olan bloknot Moskvada satışa çıxarılıb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, “366 gün sevgi. Qış. Yaz. Yay. Payız” (“366 дней любви. Зима. Весна. Лето. Осень.”) adlı şeirlər toplusunın paytaxtın kitab mağazalarında satışına başlanılıb.

Şeirlər toplusunda müəllif Leyla Əliyeva oxucularına müraciətində bildirib: “Əziz oxucu, çox sağol ki, bu kitabı əllərində tutursan. Qoy, sənin hər günün, hər anın ilboyu günəşli olsun!

Bu sətirlərdə mənim həyata olan sevgim var. Bu sevgini sənə hədiyyə etmək istəyirəm! Sizə sevgi arzulayıram. Qoy, heç zaman sevgi sizi tərk etməsin!”

Leyla Əliyeva dörd cildlik şeirlər toplusunun və rəsmləri olan bloknotu haqqında hazırlanan video çarxı sosial şəbəkədə paylaşıb.

Share: