Lerik rayonu qrafitilərlə bəzənir

Lerik rayonunda yenidənqurma işlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin dəstəyi ilə Lerik rayonun rayonun turizm potensialını və rayonun gözəliyini arıtıracaq layihə uğurla başa çatıb.

Lerik-Lənkəran magistralında yol boyunca yerləşdirilən beton bəndləri və rayonunun görünüşünü korlayan yazı və işarələr gözoxşayan rəsmlərlə əvəz olunub.
RİH-in başçısı Əkbər Abbasovun tapşırığına əsasən gənclərdən toplanmış fikirlər əsasında aparılan yenidənqurma işlərinin əsas məqsədi Lerik rayonun gözəlliyinin qorunması, turistlər üçün daha cəlbedici mühitin yaradılması və Lerikin inkişafıdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi əhalini mütərəqqi təkliflər irəli sürməyə səsləyib: “Əziz və hörmətli leriklilər, siz də rayonunun inkişafı və gənclərin tərəqqisi üçün təkliflərinizi Lerik RİH-nin və GİKM-in Lerik nümayəndəliyinin sosial şəbəkə ünvanlarına yaza, eyni zamanda, veb saytdan elektron müraciət edə bilərsiniz”.

Qeyd edək ki, Lerik Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən rayonun və gənclərin inkişafı üçün daha böyük layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və tezliklə icrasına başlanılacaq.

Share: