Lavrov və Mnatsakanyan – tüpürüm hər ikisinin kişiliyinə, əgər varsa…

Faiq BALABƏYLİ

Böyük Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşının 14 – cü günündə ermənilərin necə qorxaq, yaltaq, cənab Prezidentin xırda korrektə ilə dediyi kimi, dabanyalayan  olması daha qabarıq şəkildə aydın oldu. Bu canlılar millət deyil, məxluqdurlar və   onlardan söz düşdükdə iyrənməyə, bu işıqlı dünyada onlarla bir yaşadığına peşman olmaya bilmirsən.

Bu savaş, bu müharibə isə mütləq olmalı idi. Hər kəsə özünün yerini göstərmək baxımından, haqqın, ədalətin bərqərar olması baxımından olmalı idi bu savaş. Yoxsa biz erməni faşiziminin təhriki ilə əks-hücuma keçib müharibəyə ona görə qol qoymadıq ki,   biz qan tökməyin, can almağın tərəfdarıyıq. Yox, əksinə biz daha çox sülhsevərik.  30 ildir bu təcavüzə dözürük. MİNLƏRLƏ ŞƏHİD VERDİK, torpaqlarımızın 20 faizi işğal olundu, bir milyon qaçqın və məcburi köçkünün iztirablarını yaşadıq. Sülh, danışıq yolunu seçdik.  Dövlət başçımız məsələnin sülh yolu ilə nizama salınmasının tərəfdarı olduğunu deyirdi. Həm də əlavə edirdi ki, əgər sülh danışıqları baş tutmasa, o zaman müharibə yolu ilə ərazimizin bütövlüyünü təmin edəcəyik, işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Göründüyü kimi, danışıqlar sülh yolu ilə alınmadı. İşğalın qarşısının alınmasında məsul olan Minsk qrupunun həmsədrlərinin də ayda-ildə bir dəfə toplaşaraq şəkil çəkdirib, boş-boşuna bəyanat verib dağılışması isə ermənilərin daha da quduzlaşmasına səbəb olurdu. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, Ordunun Ali Baş komandanı bu gün qətiyyətlə deyir: “Ölmək istəmirsizsə çıxın torpaqlarımızdan, əks halda sizi iti qovan kimi qovacağıq.”

Onlar it kimi qovulmağa haqq ediblər.

Beynəlxalq ictimaiyyət, təşkilatlar da Azərbaycanın haqlı olduğunu deyirdi, amma söz olaraq qalırdı bu deyilənlər. Ermənilər o qədər arxayın salınmışdı ki, yeni müharibələr, yeni ərazilərin işğalı haqda dil boğaza qoymurdular. Həyasızlıq o qədər artıb ki, Dağlıq Qarabağn ətrafında  işğal olunmuş 7 rayonu da qondarma “dqr” ərazisinə qatırdılar. Bu it sürüsünə yerini göstərməyin vaxtı isə uzandıqca uzanırdı. Səbr etməyin də bir kasası var, o da daşmalı idi və daşdı da….

Regionda və eləcə də dünyada bu işğalçılığın başa çatmamasının səbəbi isə Minsk qrupunun həmsədrləri olan ölkələrdir desək, heç də yanlışlığa yol vermərik. Hər üçü xristian dövləti olan ABŞ, Fransa və Rusiyanın xiristianlıq təəssübkeşliyi, hər üç dövlətdə güclü erməni lobbisinin olması və bu lobbilərin hər üç ölkənin siyasətinə təsir qüvvəsinin yetərincə olması, hər üç dövlətin türk millətinə qarşı qəzəb yaşamaları və hər üç dövlətin qəsbkarlıq, imperiya, acgözlük, başqalarının sərvətinə, sərhədinə göz dikmək hərisliyi, şovinistliyi…

Bu ölkələrin sükanı arxasında olanlar ya o qədər savadsız, ağılsız, kor olmalıdır ki, tarix boyu kimin haqlı, kimin haqsız olduğunu bilməsinlər, ya da o qədər qeyri-obyektiv, həqiqətdən uzaq, nadan və riyakar, ikiüzlü olmalıdırlar ki, belə bir iyrənc siyasət yürüdüb ölkələri və təmsil etdikləri millət haqqında mənfi imic formalaşdırıb, fahişə siyasəti yürütsünlər.

Regionda əsas söz sahibi Rusiyadır.  Bu  ölkə gücündən, hiyləgərliyindən və acgözlüyündən istifadə edib də parçala, hökm sür siyasətini neçə yüz illərdir ki, davam etdirir. Onun da zamanı çatacaq. O da içindən verən çatın parçalanacağı günü yaşayacaq. Hər şeyin zamana ehtiyacı var, nə qədər qan tökdürmək olar?

Rusiya bu konfiliktin həllində heç də obyektiv deyil. Rusiya dovşana qaç, tazıya tut, deyən ikiüzlü və araqarışdıran şovinist bir ölkə olduğunu bu savaşda bir daha sübut etdi. Biz gərək hər şeyi öz adı ilə çağıraq. Rusiya nəinki dizinə qədər, bu ölkə xirtdəyinə qədər qana bələnmiş bir ölkədir. Bu ölkə müharibələr üçün yaranıb, sanki. Müstəmləkəçi imperialist bir ölkə olan şimal qonşumuzun ərazisinin çox hissəsi demək olar ki, başqa millətlərə məxsusdur.

Oktyabrın 10-da az qala yarım gün çəkən danışıqlardan sonra 4 maddəlik humanitar atəşkəs bəyanatına qol çəkən Ermənistan XİN ölkəsinə qayıdarkən öz təyyarəsində Rusiyadan 300 tank əleyhinə idarə olunan “Kornet” raket sisteminin aparması  həm də Rusiyanın ikibaşlı siyasətinin pik nöqtəsi oldu. Masa arxasında iki erməni (Rusiyanın xarici işlər naziri Lavrovun erməni olmasını hər kəs bilir) və bir azərbaycanlı danışıqlar aparır, insani dəyərlərə söykənən atəşkəsə imza atırlar, danışıqlar gedən zaman isə erməni baş nazirini İrəvana aparacaq mülkü təyyarəyə silah-sursat yüklənir. Guya Putinin də bundan xəbəri yoxdur. Xəbəri yoxdursa pis, varsa, lap pis.

Bu “atəşkəs” təcrübəsini biz Rusiya, İran və oyuncaq dövlət olan Ermənistanın çirkin əməlləri sayəsində bir neçə dəfə yaşamışıq. 1992-ci ilin 7 mayında İranda atəşkəsə imza atılır və bundan istifadə edən erməni-rus birləşmələri Şuşanı işğal edir. Xocalı soyqırım 366 saylı moto-atıcı alayı edir və ermənilərə şərait yaradır ki, yüzlərlə dinc sakini qanına qəltan eləsin, körpə uşaqları süngüyə keçirsinlər. Bu dəfə də belə etmək istədilər, atəşkəs elan edib, hücuma keçdilər, rusların “humanitar tikinti materialları” – silah sursatları ilə. Lakin alınmadı. Bu dəfə bu hiylə baş tutmadı, riyakarlıq  həm Rusiyanın, həm də Ermənistanın murdar xislətli olmalarından xəbər vermirmi? Heç utanıb, qızarırlarmı?

Danışıqlar masası arxasında oturub insani hisslərdən bəhs edən Lavrovun və adı azərbaycanlılardan əkişdirilmiş ad – Zöhrab olan erməni nazir Mnatsakanyanın  bu riyakarlığına nə ad verək? Bu kişilikdəndirmi?

Tüpürüm hər ikisini kişiliyinə, əgər onlarda  varsa. Kişi döyüşündə kişi iştirak etməlidir, təəssüf edirik ki, biz bunu görə bilmirik…

 

 

Share: