Lənkəran Dövlət Universiteti və Kiyev Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirilir…

LDU-da “Qeyri –müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” adlı XXXI Beynəlxalq konfrans  işinə başlayıb.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın Müstəqil.Az-a verdiyi məlumata görə Lənkəran Dövlət  Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti , Taras Şevçenko adına Kiyev Milli Universitetinin birgə  təşkilatçılığı ilə  Lənkəran şəhərində Beynəlxalq konfrans keçirilib.Konfrans iştirakçıları ilk öncə şəhərin mərkəzində H.Əliyevin xatirəsinə ucaldılmış  abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər düzüblər.

Konfransın təntənəli açılış mərasimi  H.Əliyev mərkəzində  Azərbaycan Respublikası Dövlət  Himninin   səslənməsi  ilə start  götürüb.

“Qeyri –müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” adlı Beynəlxalq konfransı  giriş sözü ilə Lənkəran Dövlət Universitetinin  rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq  iştirakçıları salamlayıb və gündəlikdə duran məslələr, müzakirə ediləcək mövzular barədə məlumat verib. Beynəlxalq konfransın Lənkəran Dövlət Universitetində   keçirilməsini mühüm elmi hadisə adlandıran professor Natiq İbrahimov   qarşılıqlı  fikir mübadiləsinin bütün iştirakçılar üçün səmərəli olacağını, elmin son nailiyyətlərindən birgə istifadəyə imkan yaradacağını  bildirib.Ölkəmizdə fəlaiyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, xaricdəki ali təhsil ocaqlarının da konfransa qatılmalarını yüksək dəyərləndirən N.İbrahimov qeyd edib ki, hazırkı konfransda  Rusiya,  Ukrayna, Polşa, Çexiya, Almaniya, Türkiyə, Gürcüstan və s. ölkələrdən nüfuzlu alimlər   iştirak edirlər.

Elmi konfransın proqram rəhbəri  professor  O .Nakoneçniy , Azərbaycan Neft və Sənaye Universitetinin rektoru professor  M.Babanlı, Respublika Təhsil Nazirliyinin  Elm sektorunun müdiri Anar Kazımov, Azərbaycan Universitetinin professoru Yusif Qasımov    çıxış edərək konfrans iştirakçılarına uğurlar arzu ediblər.Çıxışçılar ölkə və dünya elmində riyazi sahədə qazanılan bilklərin istehsalata tədbiqinin  vacibliyini xüsusi vurğulayıblar.

Açılış mərasimiundən sonra konfrans işini plenar iclaslarda davam etdirib.

Qeyd edək ki, 3 dildə-Azərbaycan, rus və ingilis dillərində  keçirilən  XXXI Beynəlxalq Elmi konfrans Lənkəran Dövlət Universitetində  iyul ayının 8-nə kimi davam edəcək .Konfransın bağlanış mərasimi 9 iyul tarixində Azərbaycan Neft və Sənaye Universitetində baş tutacaq.

Müstəqil.Az

 

Share: