Lənkəranda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Liman qəsəbə sakini olan 6 yaşlı İ.Fərəcli martın 26-da evdə oynayarkən yıxılaraq xəsarət alıb.
Azyaşlı xəstəxanaya yerləşdirilsə də, martın 30-da vəfat edib.
Faktla bağlı araşdırma aparılır.