ABŞ-ın başçılıq etdiyi koalisiya İraq ordusu və kürd silahlı formalaşmaları peşmərgə arasında atəşin dayandırılması faktını təsdiq edib
Bu barədə Rudaw telekanalı xəbər yayıb.
“Bizim məlumatlarımıza görə, atəşin dayandırılması haqda razılıq əldə olunub”, – deyə koalisiyasının nümayəndəsi Rayan Dilon telekanala bildirib.
Qeyd edək ki, Bağdadla İraq Kürdüstanı arasında münaqişə 25 sentyabrda kürdlərin müstəqillik haqqında referendum keçirməsindən sonra kəskinləşib.