Kürdə boğulan 21 yaşlı gəncin meyiti ailəsinə təhvil verildi

Kür çayının Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində (nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Məmmədov Məzahir Qabil oğlu batıb.
Moderator.az  FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu M.Məmmədovun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 Müstəqil.Az

Share: