“Burda nə var ki?! O sözü zarafata demişəm, o, mənim ağzımın sözüdür”.
Müstəqil.Az bildirir ki, bu sözləri azxeber.com-a açıqlamasında müğənni Yusif Mustafayev deyib.
O efirdə musiqiçilərə dediyi “Xod ver ə köpək oğlu” sözünün normal olduğunu iddia edib:
“Hərdən evdə uşaqlarıma da o sözü deyirəm. O dediyim adam da mənim qardaşım oğludur. Ərk edib demişəm. Böyük bir söz deməmişəm ki?!”
Efirdə təhqir olunduğu iddia olunan müğənninin qardaşı oğlu Mustafayev Mustafa deyib ki, o söz təhqir üçün işlədilməyib: “Yusif müəllim mənim əmimdir, orada təhqir yoxdur. O, mənim doğmamdır, burada qeyri-etik nə söz var ki?! O, mənə hər şey deyə bilər, bilirəm ki, zarafat edib”.
Qeyd edək ki, müğənni ATV-də yayımlanan “Şou ATV” verilişində bu sözləri işlədib.
Müstəqil.Az