Kökünə Dəyən Balta: Tarixə Xəyanətin Portreti

Kökünə Dəyən Balta: Tarixə Xəyanətin Portreti

Son zamanlar Azərbaycanın şanlı dövlətçilik tarixinin sütunlarından biri, imperator və sərkərdə Şah İsmayıl Xətai şəxsiyyətinə qarşı təşkil olunmuş qərəzli və namərdcəsinə qaralama kampaniyasının şahidi oluruq.

Hələ bu azmış kimi, milli ruhumuzun, mədəniyyətimizin və dövlətçilik yaddaşımızın beşiyi olan müqəddəs Təbrizi əsassız ittihamlarla “köhnə və iylənmiş” adlandırmağa cəsarət edənlər peyda olub.
Bu çirkin təbliğatın arxasında kimlərin dayandığını, hansı kölgəli mərkəzlərdən qidalandıqlarını müəyyən etmək bəlkə də vaxt aparar. Lakin dəyişməz bir həqiqət var: Kökü dərinliklərə işləməyən bir ağac — quru çöplərdən ibarət, süni və dəyərsiz, budaqlarında yalnız qarğaların qarıldadığı mənasız bir yabanı koldan başqa bir şey deyildir. Tarixini unudan və ya ona dil uzadan cəmiyyətlər də məhz belə köksüzləşməyə məkumdur.
Dinindən, məzhəbindən və ya siyasi mənsubiyyətindən asılı olmayaraq, vaxtilə böyük Azərbaycan dövlətinin təməlini qoyan bir hökmdara və onun paytaxt elan etdiyi müqəddəs bir şəhərə ləkə yaxmağa çalışanlar, mahiyyət etibarilə milli yaddaşa və vətənə xəyanət edirlər.
Bu xəyanəti hansı bəlağətli sözlərlə bəzəyirlərsə bəzəsinlər, hansı ideoloji rənglərlə boyayıb özlərinə haqq qazandırmağa çalışırlarsa çalışsınlar, nəticə dəyişmir: Xain elə xaindir!
Tarixin məhkəməsi amansızdır; milli dəyərlərə və dövlətçilik irsinə dil uzadanlar həm xalqın vicdanında, həm də tarixin səhifələrində layiq olduqları cəzanı və nifrəti alacaqlar
Share: