Kiyev meri səsverməyə velosipedlə gəldi – Foto

Kiyev şəhərinin meri Vitali Kliçko Ukraynada keçirilən prezident seçkilərində səsverməyə velosipedlə gəlib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, keçmiş boksçu səhər saat 8-də seçki məntəqəsi açılandan dərhal sonra səsvermədə iştirak edib.

“Bu seçkilərin nəticəsi Ukraynanın gələcək inkişafının istiqamətini müəyyənləşdirəcək. Kimin prezident seçilməsində asılı olmayaraq ölkə avrointeqrasiya kursundan dönməməlidir. Mən Ukraynada Avropa demokratik dəyərlərinin güclənməsi üçün əlimdən gələni edəcəyəm”, – deyə Kiyev meri bildirib.

Qeyd edək ki, prezidentliyə əsas namizədlər hazırkı dövlət başçısı Pyotr Poroşenko, keçmiş baş nazir Yuliya Timoşenko və şoumen Vladimir Zelenskidir.

 

Müstəqil.Az


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152