Killerə 4 milyon dollar verilib – Sensasion iddia

Azərbaycan əsilli “oğru” Nadir Səlifovun (Lotu Quli) qətli ilə bağlı müxtəlif məlumatlar yayılır. 

Müstəqil.Az Yenisabah.az-a istinad edərək  xəbər verir ki, məlumatlardan biri də Lotu Qulinin 4 milyon dollar qarşılığında qətlə yetirilməsi barədədir. İddia olunur ki, qətli həyata keçirən Xaqan Zeynalov (Xan Əhmədlinski) sifarişi mərhum “oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski” əmisi oğlu Zaur Əhmədovdan alıb. Buna görə ona 4 milyon dollar ödənilib. Lotu Qulinin qətli isə qisas məqsədi daşıyıb.

Nadir Səlifovun rəqibi Rövşən Canıyev 2016-cı il avqustun 18-də qətlə yetirilib. Bu olay Lotu Qulinin aktivinə yazılıb. Xan Əhmədlinski də Nadir Səlifovu həmin gün öldürməliymiş. Lakin avqustun 18-nə planlaşdırılan sui-qəsd baş tutmayıb. Xan Əhmədlinski sifarişi bir gün sonra, yəni avqustun 19-da icra etməli olub.

Rövşən Lənkəranski qətlə yetiriləndən sonra onun işlərini Zaur Əhmədov davam etdirib. Onun qardaşı Emin Əhmədov da kriminal avtoritetdir. Rövşən Lənkəranski ilə Lotu Quli arasında münasibətlərin düşmənçilik səviyyəsinə çatmasının bir səbəbi də ikincinin Eçin Əhmədovu “oğru” kimi tanımamaqla bağlı kriminal dünyaya çağırışı olub.

Nadir Səlifovun Emin Əhmədovu tituldan məhrum etməsi onsuz da Lotu Quli ilə münasibətləri yaxşı olmayan Rövşən Lənkəranskini qəzəbləndirib. Beləliklə, tərəflər barışmaz düşmənə çevriliblər.

Müstəqil.Az

Share: