“Uzaqdan bir şeir” layihəsində Paşa Qəlbinur

Müstəqil.Az saytında “Uzaqdan bir şeir” layihəsinə başlayırıq. Hərdən gəncliyimdə yazdığım şeirləri paylaşıram. İlləi dəqiq xatırlamadığımdan “uzaqdan bir şeir”yazırdım sadəcə. Sayt bu şeirləri elə bu başlıqla yayımlayırdı. “Uzaqdan bir şeir “saytın rəhbəri Faiq Balabəylinin çox xoşuna gəldi və bunu layihə kimi təqdim etməyə qərar verdi. Siz də “Uzaqdan bir şeir”inizi və ya sevdiyiniz bir şeiri müəllifi göstərməklə bizə göndərə bilərsiz.

Layihənin rəhbəri: Kəmalə Abiyeva

 

PAŞA QƏLBİNUR

DAĞLAR

Baxışıma tablamayan qız kimi
Bilmirəm baxırlar hayana dağlar.
Yayın nəfəsindən al bir üz kimi
Lalədən qızarıb boyana dağlar.

Gəlindir, duvağı başındakı qar,
Yaz gəlib, elə bil toyudur ağlar.
Çöllər ruh oynadan bir cəngi çalar.

Bulud narın – narın incilər çilər,
Kəklik ayaqları xınalı gələr,
Küləklər gəlini görməkmi dilər?
O ağ örpəyini soyuna dağlar.

Şimşək el qaydası güllələr çaxar,
İldırım saçına şölələr taxar.
Bənövşə kolundan utancaq baxar,
Qəlbinur gəlibdi toyuna, dağlar.

 

Share: