“Jurnalistlər yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər” – Əflatun Amaşov

Milli məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov növbədənkənar prezident seçkiləri ilə bağlı özünün sosial şəbkədəki divarında münasibət bildirib. 

Müstəqil.Az  xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu seçkilərdə jurnalistlərin ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəyindən əminliyini vurğulayıb:

“2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Cənab Prezidentin bu gün imzaladığı Sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir.

Hesab edirəm, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır. Mesajın müəllifi olan cənab İlham Əliyevin 11 aprel seçkisində qələbə qazanaraq qarşıdakı 7 il müddətində Azərbaycana rəhbərlik edəcəyinə əminəm. Ona da əminəm ki, Azərbaycan jurnalistləri hər zaman olduğu kimi, yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər”.

Müstəqil.Az

Share: