Arxangelskdəki diaspor sədrinə nüfuzlu mükafat verildi – FOTO

Arxangelsk vilayətində Azərbaycan diasporunun idarə heyətinin sədri Tərlan Qasım oğlu Qasımov Arxangelsk şəhərində müsəlman məscidinin tikintisində göstərdiyi fəallığı görə, Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin tərəfindən medalla tətlif edilib. 

Bu barədə Müstəqil.Az-a Tərlan Qasımov özü məlumat verib.

Təltif olunma ilə bağlı sənəddə deyilir: “Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin imzaladığı sənəddə Tərlan Qasımovun İslam prinsiplərinin sadiqliyinə, mehriban qonşuluğa, sülhə, yaradıcılığa, millətlərarası və dinlərarası həmrəyliyin yaradılması üçün göstərdiyi aktiv fəaliyyətinə görə və tarixi Arxangelsk məscidinin yenidənqurmasına verdiyi töhfələrə görə, Rusiya müsəlmanları medalı ilə təltif edildiyi yazılıb”.
Tərlan Qasımov Müstəqil.Az -a onu da əlavə edib ki, onunla yanaşı, 5 həmyerlimiz də diplomla təltif olunublar.

Müstəqil.Az


Share: