Səhiyyə Nazirliyi prokurorluqdan jurnalistə qarşı cinayət işinin açılmasını tələb etdi, lakin…
Səudiyyə Ərəbistanında jurnalistin hərəkətləri Səhiyyə Nazirliyi ilə Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Nazirlik arasında mübahisəyə səbəb olub.
Moderator.az xəbər verir ki, bu haqda “ArabNews” portalı məlumat yayıb.
Jurnalist Əbdulaziz Əl-Hamdi Səudiyyə Ərəbistanının səhiyyə sistemində boşluqlarla bağlı özəl təhqiqat aparıb. O, məqaləsinin hazırlanması prosesində özünü həkim kimi təqdim edərək xəstəxanaları gəzib. Əl-Hamdi tibbi xalat geyinib, özü ilə stetoskop götürüb və bir həkim qiyafəsində xəstəxanalara nüfuz edib. Jurnalist fərq edilmədən səhiyyə müəssisələrinə daxil olaraq müalicə proseslərinə müdaxilə edib, hətta xəstələri müayinə etməyi bacarıb. Bununla Əl-Hamdi Səudiyyə xəstəxanalarının təhlükəsiz və səmərəsiz olduğunu sübit edib.
Olay üzə çıxdıqdan sonra Səhiyyə Nazirliyi prokurorluğa müraciət edərək xəstə və həkimləri aldatmış jurnalistə qarşı cinayət işi açılmasını istəyib. Lakin KİV-lə İş üzrə Nazirlik Əl-Hamdini müdafiə edərək onun hərəkətlərinin jurnalist etikası baxımından məqbul sayıb. Və üstəlik bildirib ki, jurnalistin hərəkətləri dövlətə fayda edib – onun araşdırması hesabına ölkənin səhiyyə sistemindəki problemlər ortaya çıxıb.
Əl-Hamdi onun arxasında duran hər kəsə təşəkkürünü ifadə edib: “Mən Baş prokuror Səud əl-Mucibə, KİV naziri Avvad Əl-Avvada və qəzet “Əl-Mədinə” qəzetinin baş redaktoru Fəhd əl-Akrana təşəkkür edirəm”.
P.S. Azərbaycanda belə bir iş olsa, jurnalistin başına nə gələr?..
Müstəqil.Az
