“Joker 2” filminin çəkilişləri başa çatdı

“Joker” filminin “Madness for two” (Joker: Folie à Deux) altyazılı davamının çəkilişlərinin başa çatıb.

Kulis.az xəbər verir ki, rejissor Todd Phillips bu barədə şəxsən özü Xoakin Feniks və Ledi Qaqanın iki yeni fotosu paylaşaraq məlumat verib.

Bundan əvvəl media filmin çəkilişlərindən fotolar dərc edilmişdi. Burada baş rolların ifaçılarını aydın şəkildə görmək olurdu.

“Madness for two” mürəkkəb musiqi nömrələri olan bir film kimi təsvir edilib. Davam filmi təxminən 150 milyon dollar büdcədə nəzərdə tutulub.

Qeyd edək ki, filmin premyerası 2024-cü ilin oktyabr ayına planlaşdırılır.

Share: