İtaliyada yüksək sürətli qatar qəzasında 17 nəfər xəsarət alıb

İtaliyada yüksək sürətli qatar regional qatarla toqquşub.

“Figaro”ya istinadla xəbər verir ki, ölkənin şimal-şərq hissəsində baş vermiş qəzada 17 nəfər xəsarət alıb. Hadisədə ölən olmasa da, paytaxt istiqamətində qatarların hərəkətində ciddi gecikmə yaranıb. Sözügedən xətdə hərəkət 2 saatdan çox müddətdə dayanıb.

Qəzada zərərçəkənlərin az olmasına səbəb toqquşmanın aşağı sürətdə baş verməsidir.

Share: