İtaliyada aeroport yaxınlığında partlayış – Ölü və yaralılar var

İtaliyanın Boloniya şəhərində hava limanına yaxın ərazidə güclü partlayış olub.
Hadisə yanacaq dolu sisterin partlaması nəticəsində baş verib. Azı 20 nəfərin yaralandığı bildirilir.
Magistral yol avtomobillərin hərəkəti üçün ikitərəfli dayandırılıb.
İnsident nəticəsində aeroport zərər çəkməyib, fəaliyyətini davam etdirir.
***
Son məlumata görə, partlayışda bir nəfər ölüb, 55 nəfər isə yaralanıb. (Qafqazinfo)

Share: