![](https://www.mustaqil.az/wp-content/uploads/https://apa.az/storage/news/2024/march/03/resize/65e399d9c1fab65e399d9c1fac170941487365e399d9c1fa965e399d9c1faa.jpeg)
İtaliyanın Duilio gəmisi Qırmızı dənizdə ona yaxınlaşan pilotsuz uçuş aparatını vurub.
-nın İtaliya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ekipaj özünümüdafiə prinsipi əsasında hərəkət etdiyini bildirib.
Qeyd edilib ki, PUA 6 kilometr məsafəyə yaxınlaşıb.
“Sözügedən gəmi hazırda Husi qruplaşmalarının hücumlarından sonra kommersiya marşrutları üzrə pulsuz naviqasiya təmin edən zonadadır”, – deyə bəyanatda bildirilir.
Müdafiə naziri Quido Krozetto qeyd edib ki, Husilərin ticarət gəmilərinə hücumları “terror xarakteri daşıyır və beynəlxalq hüququn pozulmasıdır”.