İsveçrədə silahlı insident

İsveçrənin Sürix şəhərində silahlı insident baş verib.

Müstəqil.Az  xarici KİV-ə istinadən bildirir ki, hadisə UBS Bankının Sürix şöbəsinin qarşısında qeydə alınıb.

Məlumata görə, naməlum şəxs odlu silahdan 4-5 dəfə atəş açıb. Nəticədə iki nəfər ölüb.

Polis hadisənin terrorla əlaqəsinin olmadığını bildirib.

Müstəqil.Az

Share: