İstirahətə gələn ailə Nabranda qəzaya düşdü: 5 yaralı

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb. Müstəqil.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Share: