İspaniyada meşə yanğınları – 2 mindən çox sakin təxliyə olundu

İspaniyanın şərqindəki Valensiya əyalətində tüğyan edən meşə yanğınları ilə əlaqədar 2,5 minə yaxın sakin təxliyə olunub.

Müstəqil.Az-ın məlumatına görə, yanğın zonasında min hektardan çox meşə sahəsi yanıb.

Evləri yanğının yaxınlığında yerləşən sakinlər təxliyə edilib.

Yanğının söndürülməsi 21 ədəd təyyarə və helikopter cəlb edilib.

Share: