İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ qida məhsullarını məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında “Qurman Plyus” MMC-yə məxsus 15,8 ton müxtəlif növ ət və süd məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 22,54 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Share: