İsrail İranı müharibə ilə hədələdi…-“Tehranı vuracağıq”…

İsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtonda yüksək vəzifəli amerikalı səlahiyyətlilərlə görüş öncəsi İranı müharibə ilə hədələyib.

Müstəqil.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir İranın hər hansı təhdidinə laqeyd qalmayacaqlarını və lazım gələrsə, Tehranı vuracaqlarını bildirib.

“İran Tel-Əvivə hücum edərsə, İsrail Tehranı vuracaq və Suriyada İsraili təhdid edən İranın hərbi birliklərini məhv edəcək”, – o vurğulayıb.

İsrailin hər hansı müharibə ilə maraqlanmadığını ifadə edən Liberman, ancaq Suriyadakı İranın varlığına maneə olmaq üçün əvəz ödəməyə hazır olduqlarını söyləyib.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152