İsrail – İran dueli davam edir – Hələlik sözdə

İsrailn Baş Naziri Benjamin Netanyahu növbəti dəfə hədə və qorxu ilə dolu monoloqu ilə İranın üzərinə yüklənmışdir. Məlum olduğu kimi İrana qarşı nifrət Netanyahunu o dərəcədə aludə edib ki, əlinə düşən imkanı boş buraxmır.

Dəvət olunduğu , iştirak etdiyi və çıxış üçün söz verildiyi bütün beynəlxalq toplantılarda İran əleyhinə, onun indiki hakimiyyətinin əleyhinə mütləq hədə, qorxu, çantaj dolu leksikonunu işə salmalıdır. Almaniyanın Münhen şəhərində keçirilə Təhlükəsizlik Konfransı da istisna olmamışdır.

Diqqətəlayiqdir ki, Baş Nazir öz çıxışlarını əyani vasitələr üzərində qurur və Münhendə o, bu məqsədlə İsrtail tərəfində vurulmuş və İran istehsalı olduğu iddia edilən  pilotsuz uçan aparatın bir hissəsini nümayiş etdirmişdir. Çıxışı zamanı əlində tutduğu təyyarə parçasını İranın Xarici işlər Naziri Məhəmməd Cavad Zərifə uzadaraq səslənmişdir” Bunu tanıyırsan? Tanımalısan. Bu sizindir. Sən özünlə Tehrandakı olan tiranlara mesaj apar: Orada İsrailin qətiyyətini yoxlamağa qalxmasınlar.”

Netanyahu çıxışına davam edərək İranı hədələməyə keçmiş və bəyan etmışdir ki, İsrail nəinki İranın Orta Şərq regionundakı əlıaltılarına qarşı, yeri gəlsə İranın özünə qarşı hərəkət etməkdən çəkinməyəcək.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Netanyahunun yarım saatdan artıq çıxışı zamanı İrana qarşı irəli sürdüyü iddiaları rədd edərək , Baş Naziri tamaşa çıxzarmaqda günahlandırmışdır.

İsrail Baş Nazirinin İrana qarşı növbəti hiddətinə səbəb son günlər Suriya cəbhəsində baş verən hadisələrdir. Xəbər verildiyi kimi, İsrail aviasiyasının mütəmadi həyata keçirdiyi reydlərindən birində Suriya havadan müdafiə qüvvələri tərəfindən İsrailin qırıcı təyyarəsi vurulub salınmışdır. Bu regionda illərlə baş verən münaqişə və müharibələr fonunda son 30 ildə ilk belə hadisə və İsrail hıərbi texnikasının qazandığı imicə vurulan ciddi zərbədir. Deməli İsrail öz hərbi güçü və hərbi texnikası ilə bundan sonra fəxrlə danışa bilməyəcək.

İkinci məsələ ondan ibarətdir ki, bu hadisə ilə Suriya cəbhəsində İsrailin əl-qolu bağlanır. O əvvəlki kimi quruda, suda, havada at oynada bilməyəcək. İsrail təyyarələri əvvəllər olduğu kimi bundan sonra sağ-salamat geri qayıtmaya bilərlər.

Məsələnin üçüncü tərəfinə gəlincə, dəfələrlə İrana qarşı hərbi əməliyyatlardan belə çəkinməyəcəyini bildirən İsrail İranın yardım etdiyi və bu gün hərbi qüvvələri acınacaqlı vəziyyətdə olan bir ölkənin – Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri qarşısında acizdir. Bəs müharibə İrana qarşı yönəlsə necə olacaq?

İran isə öz növbəsində ona ünvanlanan hədə, şantaj, təhlükələrə baxmayaraq öz işindədir, ekspansiyasını davam etdirir. İsrailin ətrafındakı İran çəmbəri daralmaqdadır. Başda Amerika olmaqla İsrail, Səudiyyə Ərəbistanı və onların region üzrə tərəfdaşlarının İrana qarşı atdıqları addımların və həyata keçirdikləri tədbirlərin  son zamanlar intensivləşməsi belə bu ölkənin Orta Şərqdə irəliləməsinin qarşısını almaqda acizdir. İran bu zamana qədər ona yönələn təhdidləri böyük ustalıqla avantaja çevirməyi bacarmışdır və indi də eyni sxem üzrə hərəkət edir.

Hər keçən gün İranın imkanlarını daha da artırır. Amerika, İsrail, Səudiyyə triosu isə ona qarşı tədbirlər plan fikirləşməkdə, starteji və taktiki gedişlərini razılaşdırmaqda  davam edirlər. Onlar uyğun həll variantı tapanda isə artıq gec olacaq.

İsrailin Baş Naziri Netanyahunun Münhendəki Təhlükəsizlik konfransındakı çıxışına gəlincə, çıxışla bağlı bəzi maraqlı məqamlar var:

-Təhlükəsizlik üzrə konfransa iştirakçı, Baş Nazir olsa belə, silah parçası ilə necə buraxılıb?

– Təhlükəsizlik üzrə konfransda bir ölkənin digər ölkəni hədələməsi hansı beynəlxalq normalara uyğundur?

-Netanyahu əyani vasitələri özü ilə daşımaqda və nümayiş etdirməkdə davam edirsə və bunun üçün ona yaşıl işıq yandırılırsa , növbəti mötəbər iclasların birində o partlamamış raket nümayiş etdirməyəcək ki?

Əlimusa İbrahimov

Politoloq

 

Share: