İsrail-Fələstin sərhədində qarşıdurma baş verib

İsrail-Fələstin sərhədində növbəti qarşıdurma yaşanıb.

Xan Yunis şəhəri sakinləri daş və yanan təkərlərlə İsrail sərhədçilərinə hücum ediblər.

Sərhədçilərin hücumların qarşısını almaq üçün odlu silahdan istifadə etdiyi deyilir.

Qəzzanın səhiyyə rəsmiləri qarşıdurmalarda 3 fələstinlinin yaralandığını bildiriblər.

Son bir neçə gündür ki, İsrail-Fələstin sərhədində gərginlik yaşanır.

Əvvəlki qarşıdurmalar zamanı biri azyaşlı olmaqla 2 fələstinli öldürülüb.

Fələstinlilər İsrail rəhbərliyini Qəzzanı mühasirədə saxlamaqda ittiham edir, mühasirənin aradan qaldırılmasını istəyirlər.

Qeyd edək ki, Qəzza İsrail və Misir “Həmas” qruplaşması burada 2007-ci ildə hakimiyyəti ələ aldıqdan sonra mühasirə vəziyyətinə düşüb.

Həmin dövrdən sonra İsrail ilə “Həmas” arasında 4 müharibə olub. Sonuncu müharibə may ayında baş verib və 11 gün çəkib.

Share: