İsrailə məxsus gəmi vuruldu

Birləşmiş Ərəb Əmirlikləri sahillərdində, Füceyrə limanı yaxınlığında İsrailə məxsus bir gəmi hədəf alınıb.

Müstəqil.Az xəbər verir ki,  bu barədə ərəbdilli Əl-məyadin telekanalı xəbər yayıb.

Gəminin İsrailin Ray Shipping şirkətinə məxsus olduğu deyilir.

Bəzi KİV-lər hadisə şahidlərinə istinadla gəminin raket zərbəsi ilə vurulduğunu qeyd ediblər.

Hələlik hadisənin kim tərəfindən törədildiyinə və digər təfərrüatlarına dair məlumat yoxdur.

Müstəqil.Az

Share: