İsmayıllıda 54 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib

İsmayıllıda 54 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bu barədə Müstəqil.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramil Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
R.Cəfərova xəsarət yetirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Müstəqil.Az
Share: