İslamiada: Azərbaycan gimnastı gümüş medal qazanıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

“Report” un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə gümüş medala sahib çıxıb.

Alina Gözəlova 7-ci yerlə kifayətlənib.

Share: