“İsa belə atasızkən anasından doğuldu. Hər kəs ana deyəcəyi bir qadına oğuldu…”-Agah Xaçmazlı

Qadınların günü olmaz.
(Agah Xaçmazlı)
 
8 martdır bu gün,
Qadınların bayramı.
Kimdi qadın ?
Qadın ana.
Bu ad onun üzərində qüsursuz.
Bəşəriyyət olmaz idi
O qadınsız,
anasız..
İsa belə atasızkən anasından doğuldu.
Hər kəs ana deyəcəyi bir qadına oğuldu.
Sev ananı.
Sev hər zaman.
O,sevginin ünvanı.
Bu torpağın incə gülü,
amma eşqin sultanı.
Bu qadının sevgisinə gün ayırmaq olmaz qəti,
Dünyadan da böyük olmuş bir ananın məhəbbəti.
 
Qadın- bacı.
O insanın göz yaşına qurban ol,
Bir canandan can almısız,
ta sonadək bir can ol.
O,nə istər qardaşından
bir sevgidən savayı.
Bacı onu çağırdıqda ,
iki dünya sevgisidir
bir qardaşın harayı.
Bu sevgiyə gün nə gərək ?!
Dərk et,
düşün !
Bacı olan qadınların sevgisinə yoxdur gün.
 
Qadındır qız.
Can dediyin
candan yaranmış canın,
O,qeyrətin,
O,namusun,
vicdanın.
Hər an sənə
Ata deyib,
o bilərsə dayağı,
Sənlə vurur onun qəlbi,
Gəlin köçsə,
tərk etsə də ocağı.
Nədən ona gün ayırıb sevdiyini deyəsən ?
O qadını hər zaman sev,
Çünki ona yiyəsən.
 
Qadın həyat yoldaşıdır.
O qadın ki,
həyatını sənin ilə bölüşür,
Ömrün hər saniyəsi
o qadına sevgi düşür.
 
Qadın sözü incə,
zərif.
Bu qadınlar sevilməzsə,
Heyif,heyif !
Qadın gərək əxlaqını,
ismətini qorumalı.
İsmətsizə,
əxlaqsıza
qadın demə,
Çünki onun qadınlıqda yoxdu payı.
Bir kişinin həyatına bu dörd qadın önəmlidir.
Dünyanın dörd ünsürü tək
kişi üçün bu eynidir.
Qadınların günü olmaz
sevilməyə,
seçilməyə.
Qadın-sevgi,
eyni candır,
gün qoyma heç kiçilməyə.
Agah,
Bütün qadlnların hər gününə bayram demək,
Ey müsəlman qadınları,
hər gününüz mübarək !
MÜSTƏQİL.Az
Share: