İrina Zaretska dünya çempionatında finala yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, ikiqat dünya çempionu ardıcıl dörd rəqibini məğlub edərək, həlledici görüşdə iştirak hüququna yiyələnib.

O, oktyabrın 28-də İsveçrə təmsilçisi Yelena Quriçlə finalda üz-üzə gələcək.

Dünya çempionatının ilk günündə mübarizəyə qoşulan digər karateçilərdən Asiman Qurbanlı (+84 kq) üçüncü duelində, Turqut Həsənov (84 kq) startda məğlub olub. Katada mübarizə aparan Roman Heydərov isə iki mərhələ keçə bilib.

Share: