İranda təyyarə qəzasında ölənlərin axtarışları davam edir,45 nəfərin meyiti tapılıb..

İranda sərnişin təyyarəsının qəzaya uğraması nəticəsində həlak olan 45 nəfərin cəsədi aşkar edilib.

Trend-in verdiyi xəbərə görə, bu barədə PRESS TV telekanalı məlumat yayıb.

Daha öncə 30 meyitin tapıldığı bildirilib.

—————–

20.02.2018

22:22

Xilasedicilər İranda sərnişin təyyarəsının qəzaya uğraması nəticəsində həlak olan 30 nəfərin cəsədini aşkar ediblər.

Trend-in verdiyi xəbərə görə, bu barədə PRESS TV telekanalı məlumat yayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar cəsədlərin nəql edilməsinin yalnız çərşənbə günü mümkün olacağı bildirilir.

Xilasetmə işlərinin 4,5 min metr hündürlükdə aparıldığı qeyd olunur. Əməliyyata 100 çox xilasedici və 7 vertolyot cəlb edilib.

Müstəqil.Az

Share: