İranda benzindən istifadə azalıb.
Publika.az xəbər verir ki, bahalaşmadan əvvəl gündəlik 98 milyon 700 min litr həcmində istehlak olunan benzin bahalaşmadan sonra 76 milyon 600 min litrə düşüb.
İran Milli Neft Məhsulları Distribütor Şirkətinin baş meneceri Əmri Vəkilzadə noyabrın 15-dən bu yana benzindən istifadənin 22 faiz azaldığını deyib.
Prezident Həsən Ruhani bahalaşmadan əldə olunan gəlirin kasıblara paylanacağını desə də, ekspertlər dövlət büdcəsində yaranan kəsirin bir hissəsinin bağlanması üçün bu addımın atıldığını düşünür.