İran Səudiyyə Ərəbistanı ilə danışıqları dayandırıb

İran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün danışıqlar prosesini birtərəfli qaydada dayandırmaq qərarına gəlib. Bu barədə “Nurnews” məlumat yayıb.

Qərarın səbəbləri göstərilmir.

Bundan əvvəl İraqın xarici işlər naziri Fuad Hüseyn Türkiyədə Anadolu Forumunda deyib ki, İran və Səudiyyə Ərəbistanı martın 16-da İraqda danışıqların beşinci raundunu keçirəcək.

2021-ci il ərzində Tehran və Ər-Riyad münasibətlərin normallaşdırılması imkanları ilə bağlı danışıqlar aparıblar, bu məqsədlə Bağdadda dörd görüş keçirilib.

Müstəqil.Az

Share: