“İrəvanın bu davranışı gərginlik yaradır”

Təəssif ki, tez-tez Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşmalar görürük.

Müstəqil.Az  xəbər verir ki, bu sozləri xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Ermənistanın bu davranışı prosesə lazımsız gərginlik gətirir:

“Biz bu kimi addımların regiondakı vəziyyətin normallaşdırılmasına xidmət etmədiyi qənaətindəyik. Buna əsas misal olaraq Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə girmək cəhdlərini göstərmək olar. Keçən ilin noyabr ayında Ermənistan hərbçilərinin qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə keçməsi, o cümlədən dekabr ayında Azərbaycan hərbçilərinin həlak olması, yaralanmasına gətirib çıxaran insident Azərbaycana qarşı edilmiş hərbi cinayətdir. Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində təxribat-diversiya törədən erməni hərbçilərindən bir neçəsi məhv edilib, bir neçəsi isə tutulub. Hazırda onlarla bağlı istintaq tədbirləri davam etdirilir”, – deyə nazir bildirib.

Müstəqil.Az 

Share: