“İrəvan Dağlıq Qarabağdakı xunta rejimi ilə əlbir olub PKK yaraqlılarını işğal olunmuş ərazilərimizdə yerləşdirir”

Bir yandan Livan və Suriya ermənilərinin, digər yandan PKK terrorçularının işğal olunmuş ərazilərimizdə yerləşdirilməsi zaman-zaman gündəmə gəlib və bu məsələ hal-hazırda da öz aktuallığını saxlamaqdadır.

Müstəqil.Az bildirir ki, bu sözləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov son günlər Qarabağa yerləşdirilən qanunsuz silahlıların, terroçuların yerləşdirilməsindən bəhs edərkən deyib.

“Ermənistan hakimiyyəti bu “kart”ı işə salmaqla məkrli oyunlara rəvac verir. Amma Ermənistanın hərbi-siyasi rəhbərliyi başa düşməlidir ki, onların məkrli oyunları, avantürist planları “bumeranq effekti” ilə nəticələnə bilər. Düşmən ölkə öz qurduğu “tələ”yə düşəcək. Rəsmi İrəvanın Dağlıq Qarabağdakı xunta rejimi ilə əlbir olub PKK yaraqlılarını və erməni muzdlu döyüşçülərini işğal olunmuş ərazilərimizdə cəmləşdirməyə çalışması Türkiyə və Azərbaycana bölgədə birgə antiteror əməliyyatlarına başlamaq üçün tam hüquqi-siyasi əsas verir. Azərbaycan zatən ilk gündən də bu hüquqa malik idi. Lakin Suriya və Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin ardınca, indi də PKK militanlarının işğal olunmuş ərazilərimizə gətirilməsi Türkiyənin də məsələyə fəal şəkildə müdaxilə etməsinə zəmin yaradır. Paşinyan iqtidarının “məskunlaşdırma” adı altında həyata keçirdiyi bu mənhus planın Ermənistan üçün bədəli çox ağır olacaq.”

Müstəqil.Az

 

bakırköy medyum

Share: