![](https://www.mustaqil.az/wp-content/uploads/https://apa.az/storage/news/2024/march/03/resize/65e43895d4fa765e43895d4fa8170945550965e43895d4fa565e43895d4fa6.jpg)
Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat başa çatıb və 6 yaraqlı məhv edilib.
xəbər verir ki, bu barədə RİA Novosti-nin regional təhlükəsizlik güclərindəki mənbəsi bildirib.
“İlkin məlumatlara görə, toqquşma zamanı altı yaraqlı öldürülüb”, – deyə mənbə bildirib və əlavə edib ki, hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, KTO-nun işə başlaması ilə bağlı mesajlar ötən gecə saat 19:30-da gəlməyə başlayıb. Silahlıların qarşısı Karabulakdakı yaşayış binalarından birində alınıb. Rusiya Federasiyası FSB-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.