İngilis dili müəlliminin paylaşdığı tədris videosu

İngilis dili müəlliminin paylaşdığı tədris videosu

Şamaxıda yaşayan ingilis dili müəlliminin paylaşdığı tədris videosu sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Müstəqil.Az xəbər verir ki, Video qısa müddətdə instaqram sosial şəbəkəsində yarım milyona yaxın izlənmə toplayaraq minlərlə insan tərəfindən paylaşılıb və geniş müzakirələrə səbəb olub.
İngilis dili müəllimi  Heydər Nəsirov bildirib ki, məqsədi gənclərdə xarici dil öyrənməyə marağı artırmaq və onların qlobal dünyaya inteqrasiyasına töhfə verməkdir. Videonun qazandığı uğur həm izləyicilərin böyük marağını, həm də təhsilə yönəlmiş məzmunun əhəmiyyətini bir daha göstərib.


Bu uğurla əlaqədar olaraq, çalışdığı Şirvan Hazırlıq Kursu tərəfindən Heydər müəllimə kursun tanınmasına verdiyi töhfəyə, gənclərin inkişafına xidmət edən fəaliyyətinə və ingilis dilinin təbliğinə görə fəxri fərman təqdim olunub.
Heydər müəllim gələcəkdə də faydalı tədris məzmunları hazırlayaraq daha geniş auditoriyaya çatmağı hədəflədiyini bildirib.

Müstəqil.Az

Share: