İndoneziyanın Pandenqland, Seranq və Cənubi Lambunq ərazilərinin sahillərində sunami qeydə alınıb.
Müstəqil.Az CNN-ə istinadən xəbər verir ki, təbii fəlakət azı 62 nəfərin ölümünə, 548 nəfərin yaralanmasına səbəb olub. Sunami 430 ev və 9 hotelə ciddi zərər verib.
Təbiət hadisəsinin baş verməsinə səbəb vulkan püskürməsi olub. Anak Krakatau adasında püskürmə baş verib, 24 dəqiqə sonra isə sunami qeydə alınıb.
Gülşən