Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Müstəqil.Az xəbər verir ki, görüşdə danışan Ramiz Mehdiyev dövlət başçısına səmimi sözlər ünvanlayıb:
“Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisiniz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq.
Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun Ramiz müəllim. Mən də xoş sözlərə görə təşəkkür edirəm. Bir daha mükafat münasibətilə sizi təbrik edirəm.
Ramiz Mehdiyev: Çox sağ olun, cənab Prezident”.
Daha sonra prezident İlham Əliyev Ramiz Mehdiyevlə qucaqlaşıb. Bu səmimi görüntülər sosial şəbəkələrdə də izləyicilərin rəğbətini qazanıb.