Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Müstəqil.AZ bildirir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin:
polis general-leytenantı ali xüsusi rütbəsi
polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova
polis general-mayoru ali xüsusi rütbəsi
polis polkovniki Teymur Kamil oğlu Hacıyevə
polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya.
Müstəqil.AZ