“İçimdən vurdular gədələr məni”

 yaxud “Yağışdan sonra”dan əvvəlki söhbət…

“Tərsinə”nin tərsi düzünəqulu deməkir. Şair qəlbdə, yazıçı cəmiyyətdə gedən prosesləi üzə çıxarır (yaxşı mənada, bütün müqayısələr qüsurlu), onu mühakimə eləməyə dəyməz.

İdeal şair və yaxud insan olmur. Zəngin və dayaz, ağıllı və istedadlılar olur.

Tarixi dövr şərtdir, amma ədəbiyyat təfəkkürü formalaşdırır.

Faiqin kitabı çıxıb. Urra…

Deməli belə, əvvəl Qələndər Xaçınçaylı ilə, sonra da Akif Nemət gəldi, onunla söhbət apardıq. Faiq Balabəylini də yada salmışdıq.

Sonra baxıram ki, Faiqə oxşar bir adam alma-armud satılan yerdə, az qala yolun ortasında saxlayıb alver edən maşından nələrsə alır. Səsindən bəlli olur ki, odur-“Mixalyo”nun özüdür; Bu hara, Suraxanı (bazarı) hara?…
Nə isə. Görüşürük, deyirəm, maşını düz yerdə saxlamamısan, “Qai” cərimə-zad edə bilər. Keçirik yolun o üzünə:

– Gözlə, sənə kitab gətirim, burda mağazadan.

Oğlum da oradadır, nəvəm də. Deyirəm nəvəmə, gedək o maşını cərimə edək.

Maşallah, Faiq də əlində bir kitab, yumurta kimi dəyiş-düyüş edirik.
Faiqə demişdim ki, sənə bir şeir yazacaqdım, “Dənizdən gözlə özünü”.
Dənizin babası Faiq dənizçidir.
Keçmişdən fraqment…
Qızıl balıq düşdü atdığım tora,
nə deyim sənə, dünya,
neynirəm qızıl balığı,
döymək ölmur, söymək olmur,
hər şeyi demək olmur qızıl balığa.
Hər nə isə,
buraxıram balığı dənizə.
qorxuram bir gün 
dəniz qalxa üstümüzə.
20 yanvar qırğınından sonra çıxmışdıq dəniz kənarına. Faiq dedi: Bax, dəniz qalxır üstümüzə.
Musa Ələkbərlinin “Pərvanə” dərnəyindən Vasif Süleyman, İlham Qəhrəman, rəhmətlik Vəli Süleyman Çiçəkdağlı, Bayram Əvəzoğlu tanışdı, dostdu. Mən 25 ildi ortada yoxam, 65-dən yuxarı kitab yazıb çap elətdirən “Hücrə” adamı necə ortada ola bilər? Kitabı çıxınca adamı canı çıxır.
Dedim, bilirsən, mən tərsinə yazıram.
“Yağışdan sonra”nı oxumaq üçün eynəyim işdə qalıb; Ağa durur, ağacan durur.
Hələ mən mətləbə gəlib çıxmaq üçün min dərənin suyunu qatmışam bir-birinə…

Faiq səmimi admdı. Demək olar ki, onun dostlarını mən qiyabi də olsa özümə dost bilirəm. Təbii ki, durna lələkli qələm sahiblərini.
Dənizə arxayın olma,
bir də gördün gözlənilmədən
Dəniz qabardı-qalxdı…
çıxdı boynuna, Faiq,
saldı səni ayaqlarının altına,
sonra atdı sahilə.
Ardı olmalıdı, yorunuğam, yazmışdım. Bu da bir neçə gündən sonra ardı-“olmalı”…
Faiq Balabəylinin “Yağışdan sonra” şeir gündəliyini oxuyuram. Bu da şeir gündəliyi-“türmə” (gerçək həbsxana) həyatı. “Göz yaşıyla yuylmaz bu qara günlər”…
Bir gün Faiqin maşınında Cəlilabada dostumuz Meyxoş Abdullanın oğlunun toyuna gedirdik. Rəhmətlik Firudin Sultanovun ana vətəninə. Mənə bir şeir kitabını vermişdi, elə hey soruşurdu, necədi? Mən də rul sahibinə rol oynayan deyildim ki… Catdıq Cəlilabada, dedim, bax təkcə bir şeirin xoşuma gəldi. Dedi ən zəif şeirim elə odu.
Haçansa “Qaçaqlar” (?, bəlkə də “Qaraçılar”), adında (Ukraynalı şair) bir kitab oxumuşdum. Orada qızcığaz anasının əzablarına dözməyib deyir, ana, gəl gedək meşəyə, canavarlara pənah aparaq. Faiqin həbsxanadan oğlu Turala (Mənim də oğlumun da adı – Tural, “Uç, işıldabıcək, uç, get əsgərlikdən gətir oğlumu.) yazdığı şeirdən:
Göydə
Qanadı sınan quşa inan,
İnsanlara inanma, oğlum.

“Mən əvvəldən atkeçməz yolam”… Faiqin şeirindən.
Nədənsə kitabdakı şeirləri oxuyanda yadıma köhnə-təzə öz şeirlərim düşür. Görünür Musa Ələkbərlinin “Pərvanə”sindən tanışlığımız yaddaşda güclü qalıb.
Qardaş, 
bir də çığırmayacam, 
yandım deyib 
heç kəsi köməyə çağırmayacam, 
onsuz da qışqırıq tütüb dünyanı, 
dünya da qulaqlarını.

“Üzünüz ağ olsun dost bildiklərim, üzümə ağ oldunuz”. Faiq özünü yazır. Burada səmimiyyət də öz yerində. Deməli, əslində o, şeir yazmır, şeirlə danışır dərdini, taleyini.
“İndi ölkə dərəbəylikdi, bəylik görəcəyik, oğlum” deyən Faiqin səsidi bu:
Sən axı bilmədin tənhalıq nədi,
Görmədin, sevmədin ayrılıqları.
Bu da lirik ovqatlı, romantik Faiqin etirazı:
Necə istəyirsiz çapın, talayın,
….
….
Kimdi sizlərə bəsdi, dur deyən?
Faiqin öz şeirilə özünə cavab vermək olar:

“Göy üzü qoy sənə alaçıq olsun”.
“Axşamkı yağışdan sonra doğan günəşin istisinə boy verəcək yamyaşıl otlar”…
“Göydə Allahımız var,
Bu hələ son deyil ki…”

Teyfur ÇƏLƏBİ

Share: