İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır – layihə

“Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyinin sədri, i.f.d., dosent Rəsmiyyə Abdullayevanın Müstəqil.Az-a  verdiyi məlumata görə Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində  “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır mövzusunda ictimai maariflən-dirmə” layihəsi ilə qalib olmuşdur.

 

Birlik iyul ayının 1-dən etibarən layihənin icrasına başlamışdır. Layihənin müddəti 4 aydır. Layihə çərçivəsində 2 vebinarın (ZOOM vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulmuşdur. Vebinarda Azərbayanın bu sahə üzrə tanınmış ekspertləri icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda icbari tibbi sığortanın formalaşması xüsusiyyətləri və s. mövzularda çıxışlar edəcəklər, vebinar iştirakçılarının suallarını cavablandıracaqlar.

Müstəqil.Az

Share: