Hökumət İlqar Məmmədovu və partiyasını maliyyələşdirəcək

Azərbaycanda dövlət büdcəsindən maliyyə yardımı alan partiyaların sayı 10-a çatıb.

Müstəqil.Az xəbər verir ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq, keçən il qeydiyyatdan keçən və parlamentdə təmsil olunan Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası (REAL) (sədri keçmiş siyasi məhbus İlqar Məmmədov – red.) da bu il dövlət büdcəsindən maliyyə yardımı alacaq.

Yaxın günlərdə Respublikaçı Alternativ Partiyasına (REAL) aidiyyəti dövlət qurumlarından sənədlər təqdim ediləcəyi və dövlətdən maddi yardım almağa başlayacağı gözlənilir.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində siyasi partiyalara 4 milyon manat məbləğində maliyyə yardımı ayrılması nəzərdə tutulub.

Müstəqil.Az

Share: