“Hizbullah” və İrana ağır zərbə – Gözlər Trampda

ABŞ Konqresi Livanın “Hizbullah” silahlı təşkilatına sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Müstəqil.Az-ın məlumatına görə, bu barədə qanun layihəsinin müəllifi, Konqresin komitə rəhbəri Mayk Krapo açıqlama verib.

Konqresmen layihənin “Hizbullah”la yanaşı, bu silahlı qruplaşma ilə əməkdaşlıq edən ölkələrə də şamil ediləcəyini söyləyib:

“Hizbullah”a qarşı sanksiyalar sərtləşdiriləcək. Bu təşkilata kömək edən xarici ölkələr, qurumlar və şəxslər hədəfə alınacaq”.

Qanunun qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Tramp onu imzalamalıdır.

“Hizbullah”ın əsas tərəfdaşlarından biri İrandır.

Share: