![](https://www.mustaqil.az/wp-content/uploads/https://apa.az/storage/news/2024/march/03/resize/65e39f3eacf1b65e39f3eacf1c170941625465e39f3eacf1965e39f3eacf1a.jpg)
Fələstinin HƏMAS hərəkatı atəşkəs haqqında razılıq əldə olunarsa, vasitəçilərin iştirakı ilə İsraillə danışıqları davam etdirməyə hazırdır, lakin İsrail buna hazır deyil.
xəbər verir ki, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib.
“Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə – red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqlara başlaya bilərik”, – deyə Marzuk qeyd edib.