Havanı təmizləyən avtobuslar şəhərə buraxıldı: “Əcnəbilər seyrə balonlarla çıxır…”

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın Sautgempton şəhərində havanı təmizləməyə kömək edən qeyri-adi avtobus peyda olub.
Qeyd olunur ki, Sautgempton Britaniyanın ən çirkli şəhərlərindən biri hesab olunur. Ona görə də Go-Ahead nəqliyyat kompaniyası qərara alıb ki, vəziyyəti dəyişsin. Şirkət avtobusu çirkli havanı yenidən emal edib təmizini ayıran  xüsusi filtrlə təchiz edib.
Bildirilir ki, təmizləmə 10 metr yüksəklikdə də baş verir…
P.S. Belə yerdə məmləkətində 150 ildən sonra da xadiməsi lift altında, süpürgəçisi yol kənarında can verən ölməz Sabirin bu bənzərsiz misraları yada düşür:
Əcnəbilər seyrə balonlarla çıxır
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!
Share: