![](https://www.mustaqil.az/wp-content/uploads/https://apa.az/storage/news/2024/february/28/resize/65de5dd8e6cbe65de5dd8e6cbf170907183265de5dd8e6cbc65de5dd8e6cbd.jpg)
“Mançester Siti” İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə “Luton”a 6:2 hesabı ilə qalib gəlib.
xəbər verir ki, “şəhərlilər”in heyətində qolları Erlinq Haaland (3, 18, 40, 55, 58-ci dəqiqə) və Mateo Kovaçiç (72) fərqlənib.
Yarımmüdafiəçi Cordan Klark “Luton”un heyətində iki qol vurub (45, 52).
Haaland ilk dörd qolunu Kevin De Bruynenin ötürmələrindən vurub.
Haaland ikinci dəfədir penta-trikinə imza atıb.
2023-cü ilin martında Mançesterdə keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (7:0) Almaniyanın “Leypsiq” komandasının qapısına 5 dəfə yol tapıb.
Haaland 1970-ci ildən bəri İngiltərə Kubokunun bir oyununda ən azı beş qol vuran ilk oyunçu olub.