Həyatda qalmaq üçün üzüm yarpağı ilə qidalanırlar – DƏHŞƏT…

5 milyondan çox insanın aclıqdan ölmə riski ilə qarşı-qarşıya qaldığı Yəməndə ailələr uşaqlarına həyatda qalmaları üçün bişmiş üzüm yarpağı yedizdirir.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, bölgəyə səfər edən beynəlxalq humanitar yardım təşkilatları insanların yaşadığı şərtlər və çəkdikləri əzablar qarşısında heyrətə düşür.
Birləşmiş Millətlər ötən il noyabr ayında az qidalandıqları üçün 400 min Yəmənli uşağın müalicəyə ehtiyacı olduğunu, 50 min uşağın isə ölüm riski altında olduğunu bildirmişdi. O zamandan bu yana vəziyyət daha da pisləşib.
Qeyd edək ki, Yəmən münaqişələr səbəbindən bu vəziyyətə düşmədən əvvəl onsuz da regionda ən kasıb ölkələrdən biri idi. Düyü və çörək kimi gündəlik ərzaq məhsullarındakı qiymətlərin həddindən artıq yüksəlməsi, çox sayda insanın maaşlarını almaması və pulun dəyərini itirməsi ölkəni aclıq təhlükəsi ilə üz-üzə qoyub.
Share: